XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 November 2016 - 17:04

XV əsrə aid əlyazmaların nüxsələri tədqiqata cəlb olunub –Naxçıvanda (FOTOLAR)

elyazma-naxcivan

Türk Cümhuriyyətinin müxtəlif muzey və kitabxanalarında XIII əsrdə yaşamış görkəmli Azərbaycan alimi Hiduşah ibn Səncər Naxçıvaninin "Əs-Sihəhül Əcəmiyyə” adlı farsca-türkcə lüğətinin əlyazma nüxsələri qorunub saxlanılır.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Strateq.az-a verilən məlumata görə, bu günlərdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Türkiyənin İstanbul şəhərinin Süleymaniyyə Kitabxanasından və Topqapı Sarayı Muzeyindən Hiduşah ibn Səncər Naxçıvani tərəfindən XIII əsrin sonlarında fars və türk dillərində qələmə alınan "Əs-Sihəhül Əcəmiyyə” adlı əlyazmanın XV əsrə aid iki nüxsəsinin foto surətlərini əldə edərək bölməyə gətirib.

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən tədqiqata cəlb olunan əlyazmanın bir nüxsəsi 108 səhifədən, o biri nüxsəsi isə 77 səhifədən ibarətdi. Qeyd edək ki, əsər təkcə lüğət olmayıb, eyni zamanda Qafqaz, Anadolu, Balkanlar və Yaxın Şərq mədrəsələrində dərs vəsaiti kimi də istifadə olunub. Buna görə də dünyanın müxtəlif kitabxana və muzeylərində sözügedən əsərin bu günə kimi 100-ə qədər nüxsəsi mühafizə olunmaqdadır.

Məlumat üçün onu da qeyd edək ki, əldə olunan əlyazmaların fotosurətləri AMEA Naxçıvan Bölməsinin Əlyazmalar fondunun balansına daxil edilib.

elyazma-naxcivan1