XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2016 - 19:18

Seçim hüququ: – “Aprel döyüşləri” animasiya formasında!- VİDEO

animasiya

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən "Seçim hüququ” adlı animasiya çarxı hazırlanıb.  

Strateq.az-a verilən məlumata görə, çarxda öz zabit və əsgər yoldaşları tərəfindən döyülən erməni hərbçisinin Azərbaycan tərəfinə keçməsi barədə qərar qəbul etməsi nəql edilir (2015-ci ilin videokadrlarından istifadə edilmisdir). 

Eləcə də erməni hərbi qüvvələrinin 2016-cı ilin aprel ayında törətdikləri təxribatlar nəticəsində dinc əhalinin gülləbarana məruz qalması və bütün bunlara Azərbaycan tərəfinin cavabı 3 D qrafikasının köməyi ilə animasiya şəklində tamaşaçıya çatdırılır. 

Çarxda mütəmadi olaraq Azərbaycan barədə dezinformaiyalar yayan əsas erməni təbliğatçılarının – Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Arsrun Ovanisyan və Regnum İnformasiya Agentliyinin baş redaktoru Modest Kolerovun animasiyaları yaradılmışdır. Bundan başqa erməni işğalı altında olan Azərbaycan tarixinə aid bir neçə abidələr, həmçinin Ağdam Məscidi 3D qrafikasının köməyi ilə yenidən Animasiya formasında bərpa edilmişdir. 

Bu videoçarx Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının yardımı ilə "Addım” GİM İctimai Birliyinin həyata keçirdiyi "Müasir təbliğat (3D qrafikası vasitəsilə Azərbaycan ictimaiyyətinin vətənpərvərlik ruhunun yüksəldilməsi)” layihəsi çərçivəsində hazırlanıb.