Məşhur iranlı rejissor Əsgər Fərhadinin "Satıcı" filmi ABŞ-da "US National Board of Review" mükafatına layiq görülüb.
Strateq.az xəbər verir ki, bu mükafatla iranlı rejissor ən yaxşı xarici film nominasiyasında növbəti "Oscar"a doğru daha bir addım yaxınlaşıb.
Xatırladaq ki, "Satıcı" filmində baş rolu oynayan aktyor Şehab Hüseyni 2016-cı il Kann festivalında "Ən yaxşı kişi aktyor", Əsgər Fərhadi isə "Ən yaxşı ssenari" mükafatını qazanıb.
M.Rzasoy