Məşhur Vyana Ştraus Festival Orkestri dekabrın 1-də Heydər Əliyev Mərkəzində "Mənim həyatım: sevgi və şövq” adlı konsert proqramı ilə çıxış edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə olub.
Konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, "Valsın kralı” İohan Ştrausun, həmçinin digər Vyana klassiklərinin – ata İohan Ştraus, Karl Mixael Tsirer, Karl Tseller, Yozef Ştraus, Eduard Ştraus və Luici Arditinin əsərləri ifa olunub.
Konsertdən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyana Ştraus Festival Orkestrinin yaradıcısı və bədii rəhbəri Peter Qutla görüşüb.
Qafqazinfo