XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2016 - 11:18

Şəkidə“Türk dünyasının mədəniyyət paytaxtı” yekun vurulub

m

Dekabrın 1-də Şəki Dövlət Dram Teatrında “Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, mərasimdən öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısında iştirak edən qonaqlar əvvəlcə teatrın foyesində türkdilli ölkə rəssamlarının rəsm sərgisi ilə tanış olublar.

Məlumat verildi ki, hər il keçirilən ənənəvi rəsm sərgisi bu dəfə Şəki şəhərinə həsr olunub. Sərgidə Şəkinin tarixini, müasir inkişafını və adət-ənənəsinin kətana köçürüldüyü 50-dək rəsm əsəri nümayiş olunur.

Daha sonra ən yaxşı rəsm əsərinin müəllifi mükafatlandırıldı. Mənsur Əzizliyə "TÜRKSOY birliyi Şəkidə" adlı əsərinə görə qurumun mükafatı təqdim olunub.