XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2016 - 12:52

Kamança ifaçısı “Facebook”dakı statusa görə işdən çıxarılıb? –Açıqlama

xeyyam-memmedov-musiqi

Kamança ifaçısı Xəyyam Məmmədovun işdən azad olunması ilə bağlı yayılan xəbərlərə Azərbaycan Dövlət Filarmoniyası aydınlıq gətirib.

Filarmoniyanın kadrlar şöbəsinin rəisi Sürəyya Əqilova "Qafqazinfo” ya açıqlamasında məsələyə münasibət bildirib.

S. Əqilova qeyd edib ki, kamança ifaçısı Filarmoniyada əvəzedici müəllim kimi fəaliyyət göstərib:

"Xəyyam Məmmədov 3 ildir ki, işindən azad olunub. Özü ərizəsini yazaraq işdən çıxmaq istədiyini bildirib. Sözün düzü, o, əvəzedici kimi Filarmoniyamızda çalışırdı. Əsas işi isə Milli Konservatoriyadadır”.

Qeyd edək ki, ölkə.az saytının yaydığı məlumata görə, Məmmədov sosial şəbəkədə yazdığı tənqidi statuslara görə işdən azad edilib.