XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2016 - 18:22

Soydaşlarımızın sevimli aktyoru Bakıda –Foto

akt

İranın məşhur komediya aktyoru, güneydə yaşayan soydaşlarımızın sevimli gülüş ustası, Təbriz Teatrının rəhbəri, İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədri Babək Nəhreyn Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Bu haqda Axar.az-a teatrdan məlumat verilib. Güneyli qonağı teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib.

Lalayev teatr sənətinin inkişafına dair Dövlət Proqramının qəbul edilməsinin Azərbaycan teatrlarının inkişafında müstəsna rol oynadığını, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Proqramından irəli gələn məsələləri uğurla yerinə yetirdiyini vurğulayıb.

Babək Nəhreyn də Azərbaycan teatrı ilə bağlı fikirlərini bölüşüb:

“Biz Təbrizdə Azərbaycan Dövlət Televiziyasını izləyə bilirik. Bir çox təbrizlilər kimi mən də həm Azərbaycan Televiziyasında, həm də internet vasitəsilə sizin teatrın müxtəlif tamaşalarını izləmişəm. Tərtibatına, quruluşuna, aktyorların ifasına heyran olduğum bu tamaşalar məndə çox böyük, həm də xoş təəssüratlar yaradıb. Özümə söz vermişdim ki, mütləq sizin teatrla əlaqə yaradım. Buna görə də Azərbaycana ayaq basan kimi ilk işim sizin teatra gəlmək oldu. Burda – sizin rəhbəri olduğunuz Dövlət Musiqili Teatrında yaradılmış şərait sözün həqiqi mənasında məni heyrətləndirdi. Bu binaya daxil olan kimi insan anındaca böyük, əzəmətli bir sənət məbədində olduğunu hiss edir”.

İşgüzar şəraitdə keçən görüşdə qarşılıqlı əməkdaşlıq, mədəniyyət və incəsənət kollektivlərinin mübadiləsi, iki ölkə teatr xadimlərinin seminar, konfrans və festivallarda iştirakı, tamaşaların lentlərinin, tarixi sənədlərin, elmi nəşrlərin, kitab və məlumatların mübadiləsi və digər məsələlər müzakirə olunub.