XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2016 - 13:56

Son dövrlərinən baxımlı xarici filmləri

f

Strateq.az zövq alacağınız 5 filmi təqdim edir.

 

Əlaqə – contact

 

Film amerikalı astronomların Veqa ulduzundan gələn bir siqnalı  kəşf edib, araşdırma aparmasıyla başlanır. Nəticədə yüksək texnologiyalı bir cihazın sxemi əldə olunur. Və bütün insanlığın taleyi bu cihaz vasitəsilə qurulacaq əlaqədən asılıdır.

Amerikalı astronom Karl Saqanın eyniadlı əsəri əsasında çəkilmiş bu film 1997-ci ildə yayımlanıb. İzləyicilərə təqdim ediliyi ildən böyük maraqla qarşılanan film həm mövzusu, həm də çəkiliş texnikası baxımından olduqca təsiredicidir.

 

Ulduzlararası – interstellar

 

Dünyadakı həyat iqlim dəyişikliyi və quraqlıq nəticəsində təhlükədədir. İnsan irqinin məhv olma təhlükəsiylə üzləşdiyi zamanda kəşf edilən qara dəlik alimlərə ümid verir. Çıxış yolu axtararkən keçmiş NASA əməkdaşı ilə yolları kəsişən bu alimlər inanılmaz faktlarla qarşılaşacaqlar.

2014-cü ilə təqdim edilən bu film izləyicilər tərəfindən ən çox rəy bildirilən və haqqında danışılan filmər siyahısına düşüb.

 

Matriks – Matrix

Tanınmış bir proqramlaşdırma şirkətində işləyən Tomas Anderson gecələr qeyri-qanuni internet fəaliyyəti ilə məşğul olub matriks proqramını araşdırır. Bu araşdırmalar nəticəsində bütün həyatının beynində gerçəkləşən bir simulyasiya olduğunu dərk edib ayılır. Burada həm özünü, həm də varoluşu qavramağa çalışan qəhrəmanımız beyinləri alt-üst edən bir dünya ilə tanış olur.

Amerika istehsalı olan bu filmin gördüyü rəğbət sayəsində  sonrakı illərdə yeni bölümləri çəkilib.

 

İnception

 

Bu filmin baş qəhrəmanı oğrudur. Lakin bu oğru digərlərindən fərqli olaraq zehnin ən zəif anında – yuxu halında olarkən  insanların zehnindəki əhəmiyyətli sirləri öyrənib oğurlayır. Gördüyü iş onun bütün həyatını məhv edib və bütün bunları düzəltmək üçün bir fürsət axtarır. Çıxış yolu axtaran bu obrazın həm öz daxilində, həm də düşmənlərilə aparığı mübarizənin şahidi oluruq.

2010-cü ildə göstərilən bu film son 25 ilin ən yaxşı filmləri sırasına daxil edilib.

 

Ex- machine

 

Baş qəhrəman Kalib tanınmış internet şirkətlərindən birində proqramçı kimi çalışır. Bir layihədə qazandığı tətil sayəsində şirkət tərəfindən meşədə dincələ biləcəyi bir evə göndərilir. Lakin bilmədiyi şey isə orada süni şüurla yaradılmış ilk robot  Ava ilə tanış olacağıdır.

İzləyərkən özümüzü sorğulayacağımız səhnələrə bol-bol yer verilən bu film 2015-ci ildə İngiltərədə çəkilib.