XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2016 - 14:13

Gənc Tamaşaçılar Teatrı uşaqlar üçüntamaşalar hazırlayır  

g

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında məktəblilərin qış tətili üçün yeni tamaşanın məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumatagörə, Teodor Syuz Qeyzelin “Yeni ili oğurlayan Qrinç” kitabının motivləri əsasında Ron Hovardın ekran həyatı verdiyi “Qrinç” əsəri bu dəfə gənc rejissor Elşad Rəhimzadənin quruluşunda nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rəqslərin quruluşçusuYelenaVolkova, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Tamaşada Kalmıkiya Respublikasının əməkdar artisti İlham Əsədov, aktyorlar Günel Məmmədova, Zümrüd Quliyeva, Ramil Məmmədov və s. iştirak edəcəklər.

Yeni il tamaşası dekabrın 29-dan yanvar 5-dək gündə dörd seans nümayiş etdiriləcək.