XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

03 Dekabr 2016 - 16:42

Stalinin qadağan etdiyi balet yenidənsəhnəyə qayıdıb 

b

Rus bəstəkarı Dimitri Şostakoviç 1929-1935-ci illərdə üç balet yazıb.

Strateq.az huffingtonpost.com-a istinadən xəbər verir ki, bunlardan ən məşhuru “İşıqlı dərə” baleti olub.  

Baletlərin üçü də səhnələşdirildikdən dərhal sonra qadağan edilib.   

The Guardian”a görə, problem baletin Moskvaya transfer edilməsiylə başlanıb. Kremlə yaxın olanlar tamaşanı bəyənməyiblər. Tamaşa 1935-ci ildə qadağan edilib. Şostakoviçin şəxsiyyəti alçaldılıb və ən pisi, baletin assistenti Adrian Piotrovski QULAQ-a göndərilib və ondan bir daha xəbər çıxmayıb.   

Böyük Teatrın keçmiş direktoru Aleksey Ratmanski 1995-ci ildə “İşıqlı dərə”nin notlarıyla rastlaşıb və 2003-cü ildə əsəri tamaşaya qoyub. Hazırda Rusiyada bu balet əsasında film çəkilir.