XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2016 - 18:29

Sovet İttifaqının məşhur isimlərindən olan Qromıko barədə film çəkiləcək –"Cənab Yox"

qromiko

Belarus və Rusiya uzun illər Sovet İttifaqı Xarici İşlər Nazirliyinin rəhbəri olmuş mənşəcə belarus Andrey Qromıko haqqında "Cənab Yox" adlı TV-serial çəkməyi planlaşdırır.

Strateq.az xəbər verir ki, belə bir məlumat Belarus və Rusiya mədəniyyət nazirliklərinin Sankt-Peterburqda keçirilmiş birgə iclasında açıqlanıb.

Teleserial layihəsinin ideyası Belarus tərəfinə məxsusdur. Filmin 12 seriyadan (hər biri 50 dəqiqə) ibarət olacaq gözlənilir.

Serialın çəkiliş meydançaları "Belarusfilm" və "Lenfilm" studiyaları olacaq. Həmçinin Vaşinqton və London şəhərlərində çəkilişlər planlaşdırılır.

Layihənin Belarus və Rusiya birgə İttifaq Dövləti hesabına maliyyələşdirilməsi təklif edilir.

Xatırladaq ki, Andrey Qromıko 1957-1985-ci illərdə SSRİ-nin xarici işlər naziri olmuş sovet diplomatıdır. Xarici həmkarları ilə danışıqlarda güzəştə getməzliyinə görə ona "Cənab Yox" adı almışdı.

M.Rzasoy