XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2016 - 13:53

“Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənni bəlli oldu

avroviziya

“Eurovision-2017" Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.

 İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dekabrın 5-də bununla bağlı iclas keçirilib. İclasda Münsiflər Heyəti müsabiqədə Azərbaycanı Diana Hacıyevanın təmsil etməsi barədə qərar qəbul edib. 

 Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə 16 saylı orta məktəbini, sonra Bakı Musiqi Akademiyasını bitirib. Hazırda Bakı Caz Mərkəzində çalışır. 2010-cu ildə Diana Hacıyeva “Eurovision 2011”in seçim turlarında iştirak edib.