XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

08 Dekabr 2016 - 15:46

Alla Puqaçova:“Mən Azərbaycanı sevirəm, orada uğur qazanmışam”

alla-puq

Azərbaycan ilk növbədə sadə və qabiliyyətli qonaqpərvərliyi ilə fərqlənir. Azərbaycan mətbəxi qeyri-adi dərəcədə dadlıdır. Yeməkləri incə və romantik təqdim etməyi bacarırlar. Bakı mənim xatirimdə qeyri-adi gözəl şəhər kimi qalıb.

Axar.az xəbər verir ki, bunu məşhur rus müğənnisi Alla Puqaçova “Moskva-Bakı” portalına müsahibəsində deyib: “Mən onu müxtəlif illərdə görmüşəm və hər dəfə də belə qədim, möcüzəvi və yenilənmiş olaraq görünüb. Azərbaycanda yaraşıqlı və həssas kişilər, möhtəşəm uşaqlar var. Bir sözlə, gözəl nəyisə axtarmaq istəsən Azərbaycanda var.

Müğənni Azərbaycanda ona verilən ordendən də danışıb: “Azərbaycan Prezidenti İlham Əliyev məni “Dostluq” ordeni ilə təltif etdi. Bu mükafat mənim qəlbimi isitdi. Mən Azərbaycanı sevirəm, orada tez-tez olmuşam, uğur qazanmışam. Yenə də deyirəm, orada çoxlu qonaqpərvər və isti insanlar yaşayır. Bu səfərləri unutmaq mümkün deyil. Qoy, ölkələrimiz arasındakı dostluq möhkəmlənsin, qoy, heyrətamiz, günbəgün, ildən ilə gözəlləşən Azərbaycan çiçəklənsin!”

Alla Puqaçova müsahibəsi zamanı Heydər Əliyevlə olan tanışlığından da bəhs edib: “Heydər Əliyev unikal rəhbər idi. Onun yaxşı təhsili danışığında, işində, müxtəlif ölkələrin rəhbərləri ilə münasibətində hiss olunurdu. Yanından olmaq istədiyin bir insan idi. Çox möhkəm, istedadlı və yaraşıqlı, bir sözlə, əsl kişi idi”, – Puqaçova bildirib.