XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2016 - 18:27

“Azərbaycanşünaslıq akademiyası” elektron portalı təqdim olundu

komputer

Qafqaz Araşdırmaları Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Azərbaycanşünaslıq akademiyası” elektron portalının yaradılması layihəsinin təqdimatı keçirilib.

Qurumdan Bizimyol.info-ya verilən məlumata görə, təqdimatı giriş sözü ilə açan layihə rəhbəri Q.Məmmədova Qafqaz Araşdırmalar Mərkəzi İctimai Birliyinin yaranmasından bugünə qədər icra etdiyi layihələr və hazırda təqdimatı olan elektron portal barədə ətraflı məlumat verib. Təqdimatda iştirak edənlər layihənin icrasını müsbət qiymətləndirmiş və yaradılmış saytın dünya Azərbaycanşünaslarının tanıdılmas, onların əsərlərinin təbliği baxımından, eləcə də araşdırmaçılar üçün çox faydalı olduğunu qeyd edib. İştirakçılardan dosent Məhərrəm Zülfüqarlı yaradılan portalın əhəmiyyətini vurğulamaqla yanaşı bu portalın digər dillərdə də olmasını və növbəti layihələrlə saytın digər dillərə tərcümə edilməsini  təklif edib.  Dosent Flora Ələsgərova təklif etdi ki, növbəti layihələrdə saytın bir bölümündə tarixi abidələrin əks olunduğu xəritə salınsın ki, bu xəritə vasitəsilə Azərbaycana gələn qonaqlar, turistlər ölkədə olan tarixi-memarlıq abidələrini daha da asanlıqla tapa bilsinlər.