XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 18:29

“Lider”də söyüş söyülən veriliş bağlandı, aparıcı üzr istədi –VİDEO

nurane-lider

""Lider" televiziyasında yayımlanan "Çıxış yolu" verilişi bağlanıb".

Bunu Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, "Lider" televiziyasının rəhbərliyi şuraya dəvət edilib: 

"Bu gün televiziyanın rəhbəri şuraya dəvət eilib və verilişlə bağlı müzakirə aparılıb. TV rəhbərliyi həmin verilişi bağladığıqlarını dedi".

MTRŞ-nın bu cür halları qətiyyətlə pislədiyini deyən T.Məmmədov şuranın efirdə problemli insanlar üzərindən şouların yaradılmasına qarşı bundan sonra da mübarizə aparacağını deyib: "Şura efir və səhnə mədəniyyətinə, etik normalara əməl olunmasına ciddi nəzarət edir"(Report).

Qeyd edək ki, "Lider" televiziyasının efirində yayımlanan "Çıxış yolu" verlişinin sonuncu buraxılışında nalayiq ifadələrdən istifadə olunub, söyüş söyülüb. 

"Lider" telekanalında yayımlanan "Çıxış yolu" verilişinin aparıcısı Nuranə Axundova ötən gün proqramda baş verən qalmaqala görə tamaşaçılardan üzr istəyib.