XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2016 - 12:04

2016-cı ilin dünya gözəli seçildi –Tac Stefani del Valleyə verildi

stefa-esas

Bazar günü axşam ABŞ-ın Merilend ştatında “Dünya gözəli -2016” müsabiqəsinin final mərhələsi keçirilib.

İnterfax informasiya agentliyi xəbər verir ki, müsabiqənin qalibi puerto-rikolu Stefani del Valle (Stephanie Del Valle) olub. On doqquz yaşlı del Valle tacı ötənilki qalib Mireya Lalaqunadan alıb. İkinci yeri Dominikan Respublikasından Yaritse Migeline Reyes Ramires, üçüncü yeri İndoneziyadan Nataşa Manuella tutub.

Artıq 66-cı dəfə keçirilən “Dünya gözəli” müsabiqəsində dünyanın 100-dən çox ölkəsindən olan qızlar iştirak ediblər.

stefani