XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2016 - 21:52

“Bizlər soyu, kökü bir olan eyni millətin iki övladıyıq” –Türkiyənin Azərbaycandakı səfiri

erkan-ozoral-sefir

"Bizlər soyu, kökü bir olan eyni millətin iki övladıyıq. Azərbaycanda və Türkiyədə keçirilən qarşılıqlı mədəniyyət tədbirləri bizim ölkələrimizin birliyini göstərir, mədəni dəyərlərimizi təkrar-təkrar öyrənir və təbliğ etmək imkanı qazanırıq".

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Heydər Əliyev Sarayında keçirilən "Anadolu rəngləri" konsert proqramında deyib.

Səfirin sözlərinə görə, Azərbaycanla Türkiyənin qardaşlığı bir daha sübut olunur: "Bu dövrdə Türkiyə və Azərbaycan arasındakı qardaşlığın əhəmiyyəti bir qat daha artıb. Biz bir birimizi daha yaxından tanıdıqca öz yaxınlığımızın dəyərini daha çox anlayırıq".

APA