XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 22:06

“Kurtlar Vadisi Pusu” niyə göstərilmir? –Məşhur serialla bağlı yeni xəbər

polat

Bir neçə ay əvvələdək teleməkanın fenomen serialı olan "Kurtlar Vadisi Pusu”nun yeni mövsümü başlamadı.

Tamaşaçılar maraqla serialın nə zaman başlayacağını gözləyərkən, onun gələcəyi ilə bağlı təfərrüat məlum olub.

Məlum olub ki, 300 bölümü çəkilmiş serial yeni mövsümdə yayımlanmayacaq. Serialın istehsalçısı olan "Pana Film” şirkəti "Kurtlar Vadisi Pusu”nu yenidən ekranlara çıxarmaq üçün "360 TV” və TRT ilə danışıqlar aparıb, amma bu telekanalların yayım qarışılığında yüksək məbləğ istəmələri hər şeyi əngəlləyib.

Nəticədə "Pana Film” "Kurtlar Vadisi Pusu”nun yayımını gündəmdən çıxarmağa məcbur olub. Elə bu səbəblə də "Kurtlar Vadisi Pusu”nun yayımı qeyri-müəyyən müddətə təxirə salınıb.

Bu arada məlum olub ki, "Kurtlar Vadisi Pusu”nun rejissoru Doğan Ümid Karaca baş verən bu qeyri-müəyyənlikdən bezərək, serialla yollarını ayırıb. Onun artıq "Star” TV-də ekranlara gələcək "İçimdəki Fırtına” serialında işə başladığı bildirilir.

"Kurtlar Vadisi Darbe” layihəsinin isə Sərdar Akarın yeni bir seriala başlaması səbəbi ilə ləğv edildiyi öyrənilib.

Modern.az