XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2016 - 14:50

Xalq şairi Zəlimxan Yaqubun abidəsi ucaldılıb –FOTO

zelimxan-yaqub-heykel

Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb.

Məzarüstü abidə dekabrın 30-da I Fəxri xiyabanda qoyulub. Abidənin müəllifi, xalq rəssamı Natiq Əliyev, memarı Tərlan Həsənovdur.

Xalq rəssamı Natiq Əliyev APA-ya açıqlamasında bildirib ki, məzarüstü abidənin hazırlanmasında Zəlimxan Yaqubun “Bir əlim torpaqda, bir əlim haqda” misrası əsas götürülüb: “Abidə 8 aya başa gəlib. Məzarın üstü cilalanmış qara qranitlə örtülüb. Abidə yarıfiqur formada, ağ mərmərdən yonulub”. 

Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub 2016-cı il, yanvarın 9-da dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

Z. Yaqub I Fəxri xiyabanda dəfn olunub.