XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 January 2017 - 13:59

İslam ölkələrindən Hollivud aktrisasına milyonlarla təbrik gəlir –Səbəb

Lindsi-loha

Hollivudun məşhur aktrisası Lindsi Lohanın İslam dini qəbul etməsi iddiası son iki gündə sosial şəbəkələrdə partlayışa səbəb olub.

Strateq.az xəbər verir ki, populyar aktrisa “İnstagram” səhifəsindəki bütün köhnə fotolarını silib. Bundan başqa, o, profilindəki salamlaşmanı da ənənəvi müsəlman salamlaşması ilə əvəz edib.

Nəticədə “Twitter”də Lindsi Lohanın İslam dini qəbul etməsi ilə bağlı geniş müzakirələr başlayıb. İslam ölkələrindən olan bir çox xanımlar onu bu münasibətlə təbrik ediblər.

30 yaşlı aktrisanın “Instagram”da 5,7 milyon nəfər pərəstişkarı var.

Xatırladaq ki, ötən ilin oktyabrında Türkiyədə sığınacaq tapmış suriyalı qaçqınlara baş çəkərkən o, hicabla görünmüşdü. L.Lohanın Quranla birgə ictimai baxışa çıxması məqamı da yaddaşlardadır.

Ə.Rzazadə