XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2017 - 16:53

Zakir Həsənov əmr verdi –Hərbi hissələrdə anım günü keçirildi (FOTOLAR)

esgerler-azerbaycan-

Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində Ümumxalq hüzn günü ilə əlaqədar tədbirlər təşkil olunub.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, tədbirlərdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyəti xüsusi vurğulanaraq, Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları haqqında ətraflı məlumatlar verilib.

Anma tədbirlərində şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, müxtəlif bölgələrdəki xiyabanlar ziyarət edilib, sərgilərə baxılıb, ədəbi-bədii kompozisiyalar və sənədli filmlər nümayiş olunub.

Çıxış edənlər həmin tarixi dövrdə milli-azadlığımız uğrunda mübarizəyə qalxmış oğul və qızlarımızın fədakarlığı, xalqımızın qəhrəmanlığı barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.