Yaponiyanın Azərbaycandakı səfirliyi 27-29 yanvar tarixlərində Yapon Filmləri festivalına start verəcək.
Səfirlikdən Strateq.az-a bildiriblər ki, “Sən yaxşı uşaqsan”, “Məktub”, “Çevrəmizdəkilər”, “Pekorosun anası ilə görüş”, “Kainat şəhərinin əhvalatları” filmləri yapon dilində səsləndiriləcək, alt yazı Azərbaycan və ingilis dilində olacaq.
Tədbir Landmark Otelinin kino klubunda baş tutucaq. 28 və 29 yanvar tarixlərindəki seanslar üçün giriş sərbəstdir.
Strateq.az