XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 16:36

“Oskar”a namizəd ekran əsərlərinin adları açıqlanıb –SİYAHI

ABŞ-ın Los-Anceles Kino Akademiyası “Oskar” mükafatına namizəd ekran əsərlərinin adlarını açıqlayıb.

Anadolu Xəbər Agentliyinin məlumatına görə, namizəd göstərilən ekran əsərləri arasında “La-La Land” filmi birinci yeri tutur. Eyni zamanda, bu filmin adı 14 nominasiyada hallanır.

Bununla yanaşı, “Ən yaxşı film” nominasiyasında “Aslan”, “Döyüş vadisi”, “Hər vəchlə”, “Gəliş”, “Hasarlar”, “Dəniz kənarında Mançester”, “Gizli fiqurlar”, “La-La Land” və “Ay işığı” filmlərindən biri qalib elan olunacaq.

“Ən yaxşı kişi aktyor” nominasiyasında birincilik uğrunda Viqqo Mortensen (“Kapitan Fantastik”), Rayan Qoslinq (“La La Land”), Denzel Vaşinqton (“Hasarlar”), Keysi Afflek (“Dəniz kənarında Mançester”) və Endryu Qarfild (“Döyüş vadisi”) mübarizə aparacaqlar.

“Ən yaxşı aktrisa” nominasiyasında Natali Portman (“Ceki”), Rut Neqqa (“Sevmək”), İzabel Yupper (“Elle”), Meril Strip (“Florens Foster Cenkins”) və Emma Stounun (“La-La Land”) namizədliyi irəli sürülüb.

Həmçinin “Ən yaxşı rejissor” adı uğrunda Barri Cenkins (“Ay işığı”), Kennet Lonerqan (“Dəniz kənarında Mançester”), Mel Gibson (“Döyüş vadisi”), Deni Vilnöv (“Gəliş”) və Demyen Şazell (“La La Land”) mübarizə aparacaqlar.

Qeyd edək ki, “Oskar” mükafatı fevralın 26-da təqdim olunacaq(azərtac).