XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

29 Yanvar 2017 - 16:28

Tanınmış bəstəkara efir qadağası qoyuldu –Səbəb

bəstəkar

Həkimlər səhhətimlə əlaqədar televiziya verilişlərində iştirakıma qadağa qoyub.

Bunu əməkdar incəsənət xadimi, tanınış bəstəkar Tahir Əkbər deyib.

Bu yaxınlarda səhhəti pisləşən bəstəkar hazırda özünü yaxşı hiss etdiyini bildirib.

"Hazırda vəziyyətim yaxşıdır. Müalicələrimi davam etdirirəm. Bildiyiniz kimi il yarım əvvəl ağır beyin əməliyyatı keçirmişəm. Beynimi çox yormaq olmaz. Amma həkimlərin tapşırıqlarına əməl etmədim. Normadan artıq işlədim. Elə musiqi əsərləri oldu ki, onları təxirə sala bilmədim. Yaradıclıq çətin prosesdir. Həkim mənə dedi ki, bu qədər işləmək olmaz, artıq dincəlməlisən. Nədənsə həkimin sözünə qulaq asmadım. Nəticədə səhhətimdə problem yarandı. Gördüm ki, artıq dilim söz tutmur. Şükürlər olsun ki, indi yaxşıyam. Ciddi problem yoxdur. Bir az dincəlməyə ehtiyacım var".

Bəsətkar müalicəsi bitdikdən sonra yenidən yaradıcılıqla məşğul olacağını söyləyib:

"Bu yaxınlarda mənə yaxşı iş təklifi ediblər. Səbirsizliklə gözləyirəm ki, yenidən işə başlayım. Ancaq həkimlər televiziyalara çıxmağıma qadağa qoyublar. Dedilər ki, lazım deyil, həyacanlana bilərsən".  

Azvision.az