İranın Qərbi Azərbaycan əyalətində yaşayan musiqiçi Hamid Nəsr Urmiye gölünün yenidən canladırımaq üçün "Şor Su" adlı albom hazırlayıb.
Strateq.az xəbər verir ki, Hamed Nəsrin albomu 9 bəstədən ibarət və pop üslubundadır. Mahnıları Fərhad Dodange, Dəryuş Bərzigər, Kiyanuş Məhəmmədi və Rza Bəygi bəstələyib. Sözlər Şəhiryar və Əli Əkdəməyə aiddir.
"Bu albom ömür boyu sahilində yaşadığım Urmiye gölünə ithafdır", – deyən H.Nəsr "Şor Su" albomu ilə yenidən diqqəti qurumaqda olan təbii su yatağına yönəltmək istəyir.