XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Fevral 2017 - 16:51

Məhkəmə “Qurdlar Vadisi Darbə” ilə bağlı qərar verdi –Necati Şaşmaz günahsız çıxdı

polat-pusu

15 iyul hadisələrindən sonra "Qurdlar Vadisi Darbə” serialına görə məhkəməlik olan "Pana Film” şirkəti haqqında qərar verilib.

Kult.az xəbər verir ki, məhkəmə "Pana Film”in rəhbərləri Necati Şaşmaz və Məhməd Canpoladın günahsız olduğunu sübuta yetirib.

Ssenaridə qəhrəmanların paralel dövlət anlayışı ilə mübarizə apardıqlarını bildirən məhkəmə heyəti Necati Şaşmaz və Canpoladın terror təşkilatı ilə əlaqələri olmadığını aşkara çıxarıb.

Xatırladaq ki, "Pana Film”in "Qurdlar Vadisi Darbə” adını Türk Patent İnstitutundan 24 may 2016-cı ildə qeydiyyatdan keçirməsi ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb. Qeydiyyatın hərbi çevrilişə cəhddən iki ay əvvəl həyata keçirilməsi müəyyən şübhələr doğurmuşdu.