XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

07 Fevral 2017 - 18:34

Daha bir xalq artisti ilə akademikin yubileyi keçiriləcək –Sərəncam

ilham-eliyev-imzalama

Azərbaycan prezidenti İlham Əliyev akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki,  sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

***

Prezident bu gün eyni zamanda, Azərbaycan milli bəstəkarlıq sənətinin inkişafı naminə mühüm xidmətlər göstərmiş xalq artisti Cövdət Hacıyevin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə də sərəncam imzalayıb.

Həmin sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Cövdət Hacıyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.