XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

10 Fevral 2017 - 18:54

Mstislav Rostropoviçin 90 illik yubileyi keçiriləcək –Prezidentdən nazirlərə tapşırıq

Rostropovic

Prezident İlham Əliyev dünya şöhrətli musiqiçi və görkəmli ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi, SSRİ Xalq Artisti, Dövlət və Lenin mükafatları laureatı Mstislav Rostropoviçin anadan olmasının 90 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Mstislav Rostropoviçin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.

Sərəncamda vurğulanır ki, Mstislav Rostropoviç müasir dünya musiqisinin inkişafına misilsiz töhfələr vermiş böyük sənətkardır. O, violonçel ifaçılığı tarixində yeni bir dövr açmış və ən mötəbər konsert salonlarında simfonik orkestr dirijoru kimi çoxsaylı çıxışları ilə ümumbəşər mədəniyyəti xəzinəsini daha da zənginləşdirmişdir.

Öz doğma vətəni Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin möhkəmləndirilməsi və onun musiqi sənətinin inkişaf etdirilməsi sahəsində Rostropoviçin müstəsna xidmətləri vardır.