XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 15:17

Xalq artisti Dövlət Filarmoniyasının direktoru vəzifəsindən azad olunub

sahnaz

Xalq artisti Şahnaz Haşımova Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsindən azad olunub.

 Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun APA-ya verdiyi məlumata görə, nazir Əbülfəs Qarayev bu barədə müvafiq əmr imzalayıb.

 Bu vəzifəyə Gülçin Mirzəyeva təyin olunub.

 Qeyd edək ki, Ş.Haşımova Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin konsertlərinə bədii rəhbərlik və təşkilatçılıq edir.