XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

17 Fevral 2017 - 22:44

“Pərvanənin güclü səsi və istedadı var” –Polad Bülbüloğlundan "Sən supersən!" layihəsinə dəstək (FOTO)

polad-3

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Sən supersən!" beynəlxalq vokal müsabiqəsinin azərbaycanlı iştirakçısı Pərvanə Əlcanovanı dəstəkləyib.

Bu barədə "Report" Rusiyanın NTV telekanalına istinadən xəbər verir.

Fevralın 18-də NTV telekanalı müsabiqənin seçim turlarının davamını göstərəcək. Seçim turlarında Rusiya və digər MDB ölkələrinin uşaq evlərindən, internat məktəblərindən olan, qəyyumluğa götürülmüş uşaqlar iştirak edirlər.

"Pərvanənin güclü səsi və şübhəsiz, istedadı var. Onun ana haqqında mahnını gözəl ifa etməsinə və bu müsabiqədə Azərbaycanı layiqincə təmsil etməsinə görə şadam" – P.Bülbüloğlu söyləyib.

Diplomat P.Əlcanovaya uğurlar arzulayıb və həmyerlisi ilə fəxr etdiyini bildirib.