XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 February 2017 - 17:25

Ərəblər Şah İsmayıl barədə film çəkdi –"Sultan və Şah" teleserialı

safeviler

Mişari əl-Zaydi, "Əş-şərq əl-Əvsat"

 

İslam orta əsrlərinin Səfəvi-Osmanlı münaqişəsi barədə yeni tarixi serialın çəkilişinə dair xəbərlər diqqətimi çəkdi.

"Al Arabiya"nın prodüseri Sabah Nahi "Sultan və Şah" adlı bu serialın bir neçə epizodunu seyr edib. O, serialı bir zamanlar Ərəb Dünyasında iki aparıcı imperiya, daha doğrusu, I Sultan Səlimin təmsil etdiyi Osmanlılar və Şah İsmayıl Səfəvinin başçılıq etdiyi Səfəvilər arasında münaqişəyə müraciət edən epik dram əsəri" kimi səciyyələndirib. 

Serialın rejissoru iordaniyalı Məhəmməd Əziziyyədır. İcraçı prodüser doktor Mohsün əl-Əli deyir ki, faktları yoxlamaq üçün onlar mühüm və müxtəlif fars, türk və ərəb tarixi mənbələrinə istinad ediblər və nəticədə bu qaynaqlardan ilham alıblar.

Bu serialda İraq, Suriya, Livan, İordaniya və Misir aktyorları çəkilib.

Ekran əsərinin məırkəzində müharibə aparan iki əsas şəxs – Osmanlı Sultanı Səlim və Səfəvi Şahı İsmayıl durur.

Mən hələ seriala baxmamışam. Buna görə də onun məzmunu, tarixi təhkiyəsi, istehsal keyfiyyəti və hansı ismarışı çatdırmaq istədiyini şərh edə bilmərəm. Lakin çəkilişi təxminən iki il davam etmiş film, Əziziyyənin dediyi kimi, istehsal keyfiyyətinin minimum tələblərinə cavab verməlidir.

İndi digər ərəb istehsalçılarının da "Discovery" və "National Geographic" kanallarında göstərilən oxşar peşəkarlıqda bədii və sənədli filmlər çəkməsi zamanıdır.

Əgər ərəb sənətkarlar tamaşaçını zəngin mənbələrdən faydalanmaqla, çoxşaxəli mətn və qüsursuz yanaşma ilə tarixin həssas dövrlərinə dair bədii sənət əsərləri ilə təmin edə bilsəydi, onda tarixi məsələlər haqqında lazımsız və boş müzakirələr bitmiş olardı.

Tarixi hekayətlərin vacibliyini vurğulamalıyam, çünki bu gün başlıca problemimiz hələ də İraq, Suriya, Yəmən və digər ölkələrdə keçmişimizin mənfi tərəflərinə işıq salmırıq.

Biz hələ də keçmişlə yaşayan millətik. Keçmişimizdən uzaqlaşdıqdan sonra biz ona sakit baxa biləcək, onu anlamaq və maraqla təhlil etmək imkanı qazanacağıq. Həm də nəticələrə fikir vermədən.

Bəzi nümunələr: Kərbəla hadisəsi, Zeyd bin Əli, Nəhrəvan döyüşü, əl-Əmin və əl-Məmun, Əbu Müslim əl-Xorasani, Mərvan əl-Himar, tatarların basqını, Səlahəddin Əyyubi, Qutuz, qərmətilər, Həsən Bin Sabbah, Bağdadın süqutu, Tusi, səlibçilər, IX Lui, Portuqaliya işğalı və s. 

Əlbəttə, qeyri-kommersiya türk seriallarına oxşar, Qərb üslubunda çəkilən bəzi Misir və Suriya dramları dediyim bəzi məsələləri həll edirdi.

Beləliklə, ərəb dramasının yeni bir dövrü yetişib?

 

Tərcümə: Strateq.az