XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2017 - 16:17

Kino Xidməti İdarəsi Xocalı ilə bağlı tədbir keçirdi – «92-ci ilin qarı» nümayiş etdirildi (FOTOlar)

xocalı-tedbir-1

Bakı Şəhər İcra Hakimiyyəi başçısı Aparatının Kino Xidməti İdarəsi Şuşa Şəhər 1 nömrəli tam orta məktəbdə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirib.

Kino Xidməti İdarəsindən Strateq.az-a verilən məlumata görə, Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbirdə millət vəkilləri Flora Qasımova, Mahir Abbaszadə, Xocalı İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev, Ombudsman aparatının məsul işçisi Rəsid Rumzadə və Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Elçin Dadaşov çıxış ediblər.

Çıxışçılar Xocalı faciəsinin Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri olduğunu tədbir iştirakşılarının nəzərinə çatdırıblar. Qeyd olunub ki, Xocalıda baş vermiş soyqırım və erməni siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir.

Çıxış edənlər erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildiriblər.

Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış Xocalı qətliamından bizi 25 il zaman məsafəsi ayırdığını bildirərək, vurğulayıb ki, bu faciədə şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə örnək göstərmək hər kəsin vətəndaşlıq borcudur.

Sonda ssenari müəllifi və  rejissoru Gültəkin Nəriman olan «92-ci ilin qarı»  adlı sənədli film nümayiş olundu.

x-6

x-2

x-3

x-4

x-5

x-7

x-9

x-10

x-11

x-13

x-12

x-15