XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

25 Fevral 2017 - 17:54

“Atəşkəs” sənədli filmi ADA Universitetində nümayiş olundu –FOTOLAR

umud-ada-univ

Azərbaycan tarixinin qanlı səhifəsi – Xocalı soyqırımının ildönümü ərəfəsində ADA Universitetində "Atəşkəs” sənədli filminə baxış keçirilib. 

BAMF-dan Strateq.az-a verilən məlumata görə, filmi izləyənlər arasında ADA Universitetinin rektoru, professor Hafiz Paşayevlə yanaşı, universitetin yerli və xarici tələbələri, o cümlədən müəllim heyəti olub.

"Atəşkəs” sənədli filmi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən birgə istehsal olunub. 

Film təqdim olunmamışdan əvvəl Xocalı qurbanları və Dağlıq Qarabağ münaqişəsi nəticəsində şəhid olan vətəndaşlarımız bir dəqiqəlik sükutla yad edilib. 

Çıxış edən BAMF sədri Umud Mirzəyev bildirib ki, sənədli film macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən ilk birgə işidir. 

Filmdə Cənubi Qafqaz regionunda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qeyd alındığı tarixi mərhələlər, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, o cümlədən Cənubi Qafqazın aparıcı dövlətlərindən biri kimi Azərbaycanın tarixi-mədəni irsi, ənənələri yer alıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, ermənilərin törətdiyi qırğınlar, Qarabağ həqiqətləri, Qarabağ müharibəsinin törətdiyi acı nəticələr, Xocalı faciəsi filmin əsas qayəsini, leytmotivini təşkil edir.

Ekran əsərində macar, alman, fransız, amerikalı ekspertlərinin münaqişənin həlli ilə bağlı fikirləri, rəyləri və münaqişə qurbanlarının, şahidlərin ifadələri yer alıb. Qarabağ həqiqətlərindən bəhs edən filmdə Azərbaycanın müasir tarixinə dair faktlar, eləcə də torpaqlarımızın işğalı nəticəsində doğma yurdlarından köçkün düşən insanların acı həyatı öz əksini tapıb.

"Atəşkəs"də işğaldan əvvəl Dağlıq Qarabağda azərbaycanlıların həyat tərzi, Şuşada keçirilən toy mərasimindən ilk dəfə olaraq unikal kadrlar da istifadə olunub. Filmin direktoru Qabor Szabo, rejissoru Erik Boqnardır. 

Film Macar Turan Fondunun sədri Andras Bironun senarisi əsasında çəkilib. Əsərin 2 il ərzində Azərbaycanda baş tutan çəkilişləri, şahidlərdən müsahibələrin alınması , tarixi və mədəni ərazilərimizin video görüntülərinin çəkilməsi, arxiv materiallarının toplanması , cəbhə xəttində təhlükəli sayıla biləcək çəkilişlərin aparılması bilavasitə Beynəlxalq Avrasiya Mətbuat Fondu və onun əməkdaşlarının birbaşa iştirakı və dəstəyi ilə baş tutub. 

Kinolentin əsas məqsədi Erməni qəsbkarlarının Azərbaycanlılara qarşı törətdiyi amansız cinayətlərin və əməllərin Macarıstanın timsalında bütün Avropa ölkələrinə düzgün formada çatdırılması , Azərbaycanın bu məsələ də haqlı mövqeyinin dünya ölkələrində təbliğidir. 

Filmə baxış bitəndən sonra söz alan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə filmin ərsəyə gəlməsində müstəsna rolu olan BAMF kollektivinə təşəkkürünü bildirib. O, Qarabağ münaqişəsinin həqiqətlərinin avropalı tamaşaçıya çatdırılmasında bu filmin vacib rol oynadığını vurğulayıb.