XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Mart 2017 - 14:36

Nazir Dövlət Musiqili Teatrının əməkdaşlarını təltif edib –Açıqlama + SİYAHI

ebulfez qara

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Dövlət Musiqili Teatrının bir qrup əməkdaşını mükafatlandırıb. 

Bu barədə Strateq.az-a məlumat verən Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlunun sözlərinə görə, nazir Əbülfəs Qarayev 10 Mart Milli Teatr Günü münasibəti ilə teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətlərinə və milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə Musiqili Teatrın bir neçə əməkdaşını təltif edib.

O qeyd edib ki, aktyor, əməkdar artist, prezident mükafatçısı Novruz Əliyev (Qartal) və orkestr artisti Zakir Dadaşov "Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərman”ı, quruluşçu rəssam Nabat Səmədova isə "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunublar.