XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Mart 2017 - 16:06

Ukrayna rus müğənniyə qadağa qoydu –Yulii Samoylovoy “Eurovision”a buraxılmayacaq

yuli-rus-mugenn

Bu il Ukraynada keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsinə Rusiyanı təmsil edən müğənni Yulii Samoylovoy buraxılmayacaq.

TASS agentliyinin verdiyi məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti Aparatının rəhbəri Aleksandr Tkaçuk bu gün keçirdiyi mətbuat konfransında bildirib ki,  Ukrayna Təhlükəsizlik Xidməti Y. Samoylovoyun Ukrayna ərazisinə girişinin qadağan edilməsi barədə sənəd hazırlayıb.

Sənəd 3 il ərzində Y. Samoylovoyun Ukrayna ərazisinə daxil olmasına qadağanı nəzərdə tutur. Buna səbəb müğənninin 2015-ci ildə Krımda konsertdə iştirak etməsidir.

Qeyd edək ki, Ukrayna Nazirlər Kabinetinin qərarına əsasən Krıma səfər etmək istəyən xaricilər bunun üçün rəsmi Kiyevdən xüsusi icazə almalıdır.

Xatırladaq ki, bundan əvvəl mediada Ukrayna Təhlükəsizlik Xidmətinin belə bir sənəd hazırladığı barədə məlumat yayılıb. Martın 20-də Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, təşkilatçılar Rusiyanın “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçisinin əvəzlənməsini nəzərdə tutmayıb. 

APA