XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

03 Aprel 2017 - 12:25

Məşhur “Roland” musiqi alətləri şirkətinin yaradıcısı vəfat edib –FOTO

Yaponiyanın əfsanəvi “Roland” elektron musiqi alətləri şirkətinin yaradıcısı, “Grammy” mükafatının laureatı İkutaro Kakehaşi 87 yaşında vəfat edib.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, İ.Kakehaşi ilk şirkətini 1954-cü ildə, “Roland” şirkətini isə 1972-ci ildə təsis edib. Həmin şirkət tezliklə elektron musiqi aparatları ilə yanaşı, həm də dram-maşınların və yığcam MIDI klaviuaturanın dünya miqyaslı istehsalçısına çevrilib.

Dörd il bundan əvvəl İ.Kakehaşi dünya musiqi sənayesinə verdiyi texniki töhvələrə görə “Grammy” mükafatına layiq görülüb.

2013-cü ildə “Ronald” şirkətindən istefa verən İ.Kakehaşi ATV alətlərin istehsalı ilə məşğul olan yeni şirkət yaradıb.

İkutaro Kakehaşinin aprelin 1-də vəfat etdiyi bildirilir.