XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

08 Aprel 2017 - 16:07

Xalq Şairi Zəlimxan Yaqubun xatirəsiGürcüstanda anılıb

Azərbaycanın Xalq Şairi, “Şöhrət” ordenli Zəlimxan Yaqubun xatirəsi doğulduğu Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anılıb.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, tanınmış həkim, professor Fərman Ceyranlı və başqaları çıxış edərək Zəlimxan Yaqubun həyat və fəaliyyətindən, Azərbaycan ədəbiyyatının zənginləşməsindəki xidmətlərindən danışıblar. Bildirilib ki, Z.Yaqub təkcə Azərbaycanda və Gürcüstanda deyil, bütün Türk dünyasında sevilən böyük şair idi. Çıxışlarda Z.Yaqubun Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin inkişafındakı xidmətləri xüsusi vurğulanıb. Ölməz şairin xatirəsinin qəlblərdə, ürəklərdə daim yaşayacağı qeyd olunub. Bildirilib ki, Zəlimxan Yaqubun yaratdığı əsərlər dövlət tərəfindən də daim yüksək qiymətləndirilib.

Mədəniyyət və incəsənət ustaları Zəlimxan Yaqubun şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər. Məktəblilər böyük ustadın şeirlərini söyləyiblər.

Xalq şairinin qardaşı Çingizxan Yaqubov tədbirin təşkilatçılarına, Zəlimxan Yaqub yaradıcılığına diqqət və qayğıya görə minnətdarlıq edib(azərtac).