XƏBƏR LENTİ

09 Mart 2021
08 Mart 2021
07 Mart 2021

Digər Xəbərlər

20 Aprel 2017 - 22:48

Türkiyədə canlı yayımda qalmaqal –Polislər studiyada əməliyyat keçirdi (VİDEO)

Türkiyədə canlı yayım zamanı polis əməliyyat keçirib.

Müge Anlının "Tatlı Sert" proqramında maraqlı anlar yaşanıb. Yılmaz Aslan adlı şəxs polis tərəfindən canlı yayımda həbs olunub. Oğlu 17 yaşlı qızı qaçırdığı üçün qaçan qızın ailəsi şikayətçi olub. Edilən şikayətdən sonra hərəkətə keçən təhlükəsizlik qüvvələri Yılmaz Aslanın oğlunu saxlayıb.

Məhkəməyə çıxan Yılmaz Aslanın oğlu həbs olunub. Axtarılan Yılmaz Aslan da Müge Anlının verilişində yaxasını ələ verib.

"Qızın atası gəldi şikayətçi olmamaq üçün 10 min TL istədi, verdim. Adam şikayətini geri çəkdi, ancaq məhkəmə davam etdi və oğlum ilə qardaşım həbs olundu. Mən nə edəcəyəm Müge xanım. Oğlumla gəlinim gəlib. Küçəyə atmaq olmaz. Mən də ata olaraq qəbul etdim. Atası da iddiadan imtina etmişdi", – deyə Yılmaz Aslan söyləyib.

BAKU.WS