XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

27 Aprel 2017 - 15:15

Nazir Əbülfəs Qarayev müşavirə keçirdi, tapşırıqlar verdi –İslahat anonsu

Lənkəranda nazir Əbülfəs Qarayevin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.

Bu barədə Strateq.az-a nazirlikdən verilən məlumata görə, tədbirdə 2017-ci ilin yanvarından fəaliyyətə başlayan regional idarələrin əldə etdiyi nəticələr təhlil edilib və qarşıda duran vəzifələr müzakirə olunub.

Ə. Qarayev turizmin inkişafı sahəsində həyata keçirilən işlərdən danışaraq qeyd edib ki, regionlarda turizm sənayesinin inkişafı və turizm klasterlərinin yaradılması istiqamətində görülən tədbirlər davam etdiriləcək.

Regional mədəniyyət və turizm idarələrinin işinin təşkili üçün islahatların davam etdiriləcəyini deyən nazir əlavə edib ki, mövcud problemlərin aradan qaldırılması, müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi, müraciətlərə baxılması və vaxtında öz həllini tapması diqqətdə saxlanılmalıdır.

Nazir yerlərdə mədəniyyət və turizm xidmətlərinin günün müasir tələbləri səviyyəsində qurulmasının vacibliyini diqqətə çatdırıb.

Müşavirədə çıxış edənlər mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, tələblərə uyğun gəlməyən müəssisələrin gələcək fəaliyyəti barədə təkliflərin hazırlanıb həyata keçirilməsi haqqında fikirlərini bildiriblər.

Müşavirədə idarə rəhbərlərinə tapşırıq verilib ki, işlərinə daha ciddi yanaşsınlar və səmərəli fəaliyyət göstərsinlər.

APA