XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

30 Aprel 2017 - 02:24

Polad Bülbüloğlu “Türkmənistanın Xalq artisti” oldu –Türkmən prezident fərman verdi

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna "Türkmənistanın Xalq artisti" fəxri adının verilməsinə dair fərman imzalayıb.   

Polad Bülbüloğlu fəxri ada Türkmənistan və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, mədəni və humanitar sahələrdə  dialoqun genişləndirilməsindəki xüsusi xidmətləri, habelə istedadı və mahnı-musiqi sənətinin inkişafındakı uğurlarına görə təltif olunub.  (APA)