XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2015 - 20:21

“Bütün televiziyalar mənə qadağa qoyub…” – Nazpəri Dostəliyeva səbəbini tələb edir

“ANS kanalından başqa mənə bütün televiziyalar qadağa qoyub”. 

Bunu Xalq artisti Nazpəri Dostəliyeva deyib. 

O, bildirib ki, efirə buraxılmamasının səbəbi hələ ona bəlli deyil: “Tamaşaçılar məndən soruşurlar ki, “xalq, millət sizi istəyir, niyə efirlərdə yoxsunuz?”. Deyirəm ki, gedin bunu televiziya rəhbərlərindən soruşun. Nə səbəbə görə həmin kanal rəhbərləri iki il yarımdır ki, ölkənin Xalq artistinə qadağa qoyub? Hələ özüm də bilmirəm”.

N.Dostəliyeva vurğulayıb ki, elə bir gün yoxdur ki, tamaşaçı onunla əlaqə yaratmasın: “Xalq mənə hər gün zəng edir. Səbəbini desinlər, biz də tamaşaçılarımıza açıqlayaq” (AzNews.az).