XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

08 May 2017 - 16:02

Azərbaycanın “Eurovision” təmsilçisi sabah ilk yarımfinalda çıxış edəcək

Azərbaycanı “Eurovision-2017” mahnı müsabiqəsində təmsil edən Diana Hacıyeva mayın 9-da “Skeletons” mahnısı ilə ilk yarımfinalda çıxış edəcək.

Birinci yarımfinalda Azərbaycanla yanaşı, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və başqa ölkələri təmsil edən iştirakçılar öz ifalarını təqdim edəcəklər. Azərbaycan təmsilçisinin çıxışı Bakı vaxtı ilə 23:25-də gözlənilir.

Birinci və ikinci yarımfinalların hər birində müvafiq olaraq 18 iştirakçının çıxışı planlaşdırılıb.

“Eurovision-2017” mahnı müsabiqəsi Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq. İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.