XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2017 - 19:56

“Ceyms Bond”u canlandıran məşhur aktyor vəfat etdi –Ailəsindən açıqlama

“Ceyms Bond” haqqında lentə alınan filmlərin qəhrəmanı kimi tanınan britaniyalı aktyor Rocer Mur 89 yaşında vəfat edib.

Bu barədə onun ailə üzvləri Tvitterdə məlumat yayıb.

“Kədərli xəbəri sizinlə paylaşmalıyam. Cənab Rocer Mur vəfat etdi. Hamımız çox üzgünük”, – deyə bildirilib.

Məlumatda həmçinin aktyorun İsveçrədə xərçəngdən qısa müddət müalicə olunduğu da bildirilib.

Gördüyü xeyriyyə işlərindən dolayı “Cənab” təxəllüsü alan Mur Monakoda xüsusi mərasimlə dəfn ediləcək.

Xatırladaq ki, aktyor 1973-1985-ci illərdə lentə alınan 7 filmdə “Ceyms Bond” obrazını canlandırıb/Axar.az.