XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

07 İyun 2017 - 15:51

Rumın müğənni Muğam Mərkəzində məhəbbət mahnıları oxuyacaq –“Etnik musiqi inciləri”proqramı - FOTO

 

Azərbaycanla Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə bağlı iyunun 17-də Beynəlxalq Muğam Mərkəzində Rumıniya musiqiçilərinin ifasında “Etnik musiqi inciləri” adlı musiqi proqramı təqdim olunacaq.

Rumıniya səfirliyindən Strateq.az saytına bildiriblər ki, Şimali Rumıniyanın füsünkar məkanı olan Lisna-Dorohoi əyalətindən olan Doina Lavriç Parqelin ifa etdiyi mahnılar rumın kəndlisinin kədər dolu anlarını təcəəssüm etdirir. Doina Lavriç, həmçinin məhəbbət mahnılarını və melanxolik melodiyaları da  ifa edir.  Onun musiqiləri Vyana, Stokholm, Şanxay, Varşava, Bazel, Moreliya və Santyaqo-de-Komposteladada yaşayan pərəstişkarlarını valeh edib. 

Doina Lavriç Parqel ilə birgə fleyta ifaçısı Daniel Pop da tamaşaçılar qarşçısında çıxış edəcək. Onun repertuarına XIX əsrin etnik rumın musiqiləri daxildir. O, eyni zamanda etnik musiqi ilə (yazılı və şifahi) müasir musiqinin sintezi ilə də məşğul olur. Daniel Pop həmçinin, Trei Parale (Üç Onluq) adlı məşhur rumın orkestrində də ifa edir. Bu orkestrlə birgə o, "Oskar"a namizəd olan “Aferim” rumın filminin (2015, rejissor Radu Cud) saundtrekini yazıb.

L.SƏMLA

Strateq.az