XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 İyun 2017 - 10:49

“Moskva göz yaşlarına inanmır” filminin qəhrəmanı vəfat etdi:"Gecə yatıb, yuxuda keçinib"

Sevilən məşhur aktyor Aleksey Batalov bu gün səhər 89 yaşında dünyasını dəyişib.

Bu barədə "Komsomolskaya pravda" qəzeti aktyorun dostuna istinadən xəbər verib.

Qəzetin verdiyi məlumata görə, aktyor "Gecə yatıb və yuxuda keçinib".

Qeyd edək ki, daha öncə aktyor ayağını sındırdığı üçün 2 ay xəstəxanada müalicə alırmış.

Əfsanəvi aktyor 1928-ci ildə anadan olub. Tamaşaçılar onu daha çox "Moskva göz yaşlarına inanmır" filmindəki Qoşa obrazı ilə xatırlayır/Trend.