XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

20 İyun 2017 - 19:10

Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan elmi sessiya keçiriləcək –Nizami muzeyində

Nizami muzeyində Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan elmi sessiya keçiriləcək.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, iyunun 21-də saat 14:00-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "M.P.Vaqifin söz dünyası və məktəbi” adlı elmi sessiya keçiriləcək.

Tədbir Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutacaq.

Elmi sessiyada "Azərbaycan bədii sözündə Vaqif mərhələsi", "XVIII əsr- Vaqif əsri", "M.P.Vaqif –XVIII əsr şairi və ictimai xadimi", "M.P.Vaqifin gözəllik idealı", "Vaqif irsi Azərbaycan şeirində və Nizami muzeyinin ekspozisiyasında" mövzusunda məruzələr dinləniləcək.