SSRİ xalq artisti Vladimir Etuş Moskva xəstəxanalarının birinə yerləşdirilib.
Strateq.az TASS-a istinadən bildirir ki, Etuş pilləkənlə qalxarkən yıxılıb. Hazırda o, Sklifosovski adına xəstəxananın reanimasiya şöbəsindədir: “O, neyrocərrahiyədəki reanimasiyaya yerləşdirilib. Vəziyyəti ağırdır. Başqa heç nə deyə bilmərəm”,-deyə xəstəxanadan RİA-ya bildiriblər.
Vaxtanqov teatrının direktoru Kiril Krok bir qədər deyib ki, 95 yaşlı aktyor poliklinkanın pilləkənini qalxan zaman tarazlığını itirib. Həkim müayinəsi zaman ciddi sınıqlar aşkar olunmayıb.