XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

29 İyun 2017 - 16:24

İçərişəhərdə fransız mahnıları –İyulun 1-də Bakıda Fransa Musiqi Bayramı keçiriləcək

 

Dünyanın 120 ölkəsində və 30 ildir Fransada ənənəvi olaraq qeyd edilən Musiqi Bayramı artıq Bakıda keçiriləcək.

Fransanın ölkəmizdəki səfirliyindən Strateq.az saytına bildiriblər ki, peşəkar və professional musiqiçilərin, musiqisevər publikanın küçələrə axışdığı, şən və bayram ab-havasında keçirilən bu Musiqi Bayramı təmənnasız olaraq hər kəs üçün eləcə də ifa olunma tərzindən asılı olmayaraq bütün musiqi janrlarına açıqdır.

Azərbaycandakı Fransız İnstitutu, Fransanın Azərbaycandakı Səfirliyi, YARAT Müasir İncəsənət Mərkəzi, Paris Bistro, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Hard Rock Cafe və Milli Turizm Təbliğat Bürosunun tərəfdaşlığı ilə baş tutacaq konsert proqramlarına tamaşaçılar iyulun 1-də Bakının müxtəlif yerlərində izləmək imkanı əldə edə biləcək.

 Strateq.az