XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

29 İyun 2017 - 18:58

“Anamın məktubu” tamaşasının təqdimatı keçiriləcək –FOTO

S.Bəhlulzadə adına Mədəniyyət Sarayında “Anamın məktubu” tamaşasının təqdimatı keçiriləcək.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin İnformasiya və İctimaiyyətlə Əlaqələr sektorundan Strateq.az-a verilən məlumata görə, “NUR” yaradıcı gənclər teatrının təqdimatında C.Məmmədquluzadənin eyniadlı əsəri əsasında qurulmuş “Anamın məktubu” tamaşasının təqdimatı keçiriləcək.

Tamaşa 30 iyun saat 16:00-da S.Bəhlulzadə adına Mədəniyyət Sarayında keçiriləcək.

Qeyd edək ki, “NUR” yaradıcı gənclər teatrı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzinin nəzdində ictimai əsaslarla fəaliyyət göstərir.