Romada məşhur italyan komik aktyoru və yazıçısı Paolo Villaco 84 yaşında vəfat edib.
Strateq.az bildirir ki, bu barədə onun qızı Yelizabet sosial şəbəkədə məlumat verib. Ölüm səbəbləri qeyd edilməyib.
Villaconun tanınmış obrazı mühasib Uqo Fantossi hesab edilir.
SSRİ-də onun baş rolda çəkildiyi “Sinyor Robinzon” filmi məşhur idi. Aktyor həmçinin digər filmlərə də çəkilib.